Ermənistan tərəfindən atılan “Smerç” Tapqaraqoyunluda yaşayış evinin həyətinə düşüb
2020-10-24 10:03
“Ermənistan tərəfindən yaşayış evinin həyətinə atılan “Smerç” raketi. Başqa heç bir şey Ermənistan tərəfindən mülki şəxsləri ayrıd etmədən və məqsədyönlü şəkildə atəşə tutulmasının sübutu ola bilməz”. Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb. “İndi: Ermənistan tərəfindən yeni denalism dalğası başlayacaq”. Düşmən ötən gün Goranboy rayonu Tapqaraqoyunlu kəndinə 9M528 "Smerç" raketini atıb. Raket yaşayış evinin həyətinə düşüb.
Fərid Mehdiyev