Ermənistan tərəfi ilə danışıqlara hazırıq - XİN
2021-10-07 12:00
Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirib. XİN rəsmisi Azərbaycan tərəfinin hər zaman dialoqa açıq olduğunu deyib. "Gələcəkdə belə bir görüşün keçirilməsini istisna etmirik" - deyə vurğulayıb.
Vüsalə camal