Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada mülki əhalini hədəfə alıb
2020-08-26 14:03
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb. AZƏRTAC xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-da səhər saat 05.00 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar. Atılan güllələr kənd sakini Zülfüqar Quliyevin evinə dəyib, pəncərə şüşələrini sındırıb.
Vəfa Şairova