Ermənistan silahlı qüvvələri Tovuz istiqamətindəki mövqelərimizi növbəti dəfə atəşə tutub
2021-11-18 16:11
Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuzun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Ordumuzun şəxsi heyəti arasında itki yoxdur.
Nərgiz camal