Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub

2020-10-18 10:00

Bu gecə saat 12-dən yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir. Ötən gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad”ı, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topu, 6 ədəd avtomobil texnikası məhv edilib. Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.**Qeyd edək ki, Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan XİN-in məlumatına görə, qərar ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı, həmçinin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik