2021-11-15 14:00
Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün gecə saatlarından başlayaraq Basarkeçərin Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcərin Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də bu gün səhər saatlarında atəşə tutulub. Texnikaya zərər dəysə də, şəxsi heyət arasında xəsarət alan olmayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyindən o da bildirilib ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.
Vüsalə camal