Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq ekoloji terror əməllərini də davam etdirir
2020-10-30 11:04
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq ekoloji terror əməllərini də davam etdirir. Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik zonada yanğın baş verib. Yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub, bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Vüsalə Camal