"Ermənistan sülh sazişi ilə bağlı sənədi iki aydan artıqdır ki gecikdirir" - Hikmət Hacıyev
Ermənistan sülh sazişi ilə bağlı sənədi iki aydan artıqdır ki gecikdirir. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev "X"dakı paylaşımında bildirib. "Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi bu, tarixi fürsətdir. Xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur", - Hikmət Hacıyev qeyd edib.
Nərgiz Camalzadə