Ermənistan parlamentinin yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir
2020-11-18 18:08
Ermənistan parlamentinin yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir. Etirazçılar hakim “Mənim addımım” partiyasının deputatlarını aksiyaya qoşulmağa çağırır. Parlamentə daxil olan deputatlar etirazçıların “Ar olsun!”, “Satqınlar!” kimi şüarları ilə üzləşir. Yerevanda aksiyalar noyabrın 10-dan etibarən davam edir.
Nərgiz Camal