2021-04-13 14:10
Biz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq. Çünki biz münaqişədən əziyyət çəkən tərəfik. Ancaq Ermənistan bunu istəməyib. Bu sözləri Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda deyib. Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planlarının suallar doğurduğunu söyləyən prezident, mövqeyimizin rusiyalı tərəfdaşlara bildirildiyini, hər hansı revanş niyyətinin qarşısının sərt şəkildə alınacağını da qeyd edib. Ermənistanla əlaqələrin yenidən qurulması mövzusuna da toxunan İlham Əliyəv, bunun xeyli dərəcə istəkdən və siyasətçilərin müdrikliyindən asılılığını, Azərbaycanafobiya və Türkofobiyanın əvvəllər olduğu kimi bu gündə erməni tərəfinin ən böyük problemi olduğunu sözlərinə əlavə edib.
Nərgiz Camal