Ermənistan ordusunun hərbi hissəsinin zərərsizləşdirilən komandirinin yerinə fərarilik edən zabit təyinat alıb
2020-10-01 15:05
Ermənistan ordusunun hərbi hissəsinin zərərsizləşdirilən komandirinin yerinə fərarilik edən zabit təyinat alıb. Madagizdə yerləşən 6-cı dağatıcı alayın komandiri və onun müavini ağır yaralı vəziyyətdə döyüş mövqeyindən çıxarılıb. Hərbi hissə komandirinin yerinə 10-cu dağatıcı diviziyanın komandir müavini Gevorg Mangalaryan təyin edilib. Mangalaryan 2016-cı il aprel döyüşləri zamanı döyüş meydanını özbaşına tərk etdiyi üçün ciddi şəkildə cəzalandırılıb. Lakin sonradan yüksək rütbəli qohumlarının müdaxiləsi nəticəsində yenidən bəraət qazanıb.
Nərgiz Camal