Ermənistan ordusunda bir gündə ikinci əsgər ölümü qeydə alınıb
2021-03-17 14:10
Ermənistanda son sutka ərzində daha bir hərbi qulluqçunun ölümü qeydə alınıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, bu gün saat 10:30-da sıravi Eduard Rüstəmyanın meyiti tapılıb. 19 yaşlı hərbçinin hərbi hissələrdən birində güllə yarasından öldüyü açıqlanıb. Oxşar insident ötən gün axşam saatlarında da qeydə alınıb.
Nərgiz camal