Ermənistan növbəti provokasiyaya əl atıb
2020-09-29 09:00
Ermənistan növbəti provokasiyaya əl atıb. Bu gün səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.
Fərid Mehdiyev