Ermənistan məktəbi və polis bölməsini atəşə tutub
2020-10-08 11:00
Goranboy rayonu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən atəşə tutulub. Baş Prokurorluqdan verilən məlumata görə, saat 6 radələrində Aşağı Ağcakənd qəsəbəsi ərazisinə düşən top mərmiləri Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərinə və yaşayış evlərinə ziyan vurub. Qaraçinar tam orta kənd məktəbi də zərər görüb.
Nərgiz Camal