Ermənistan müharibəyə hazırlaşır - Prezidentdən açıqlama
2020-09-25 14:00
"Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir və Ermənistanın müharibəyə hazırlaşdığını göstərir". Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edən Prezident İlham Əliyev deyib ki, Ermənistanın on minlərlə insandan ibarət yaratdığı könüllü qoşunun məqsədi Azərbaycana hücum etməkdir. Dövlət başçısı Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşma siyasətini Minsk qrupunun həmsədrlərinin də dayandırmadığına diqqət çəkib. "Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik" - sitatın sonu.
Nərgiz Camal