Ermənistan Müdafiə nazirliyi jurnalistləri də silahlandırıb
2020-10-05 15:08
Ermənistan Müdafiə nazirliyi jurnalistləri də silahlandırıb. Bu fakt Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Stephan Şuşanyanın paylaşımda əksini tapıb. Münaqişə baş verən ərazilərdə jurnalistlərin silahlandırılması, hətta jurnalistlərin öz texniki avadanlıqlarından silah kimi imitasiya etməsi beynəlxalq hüquqi qaydalara ziddir. Çünki bu birbaşa jurnalistləri silahlı hədəf halına çevirir və onların həyatı üçün təhlükə yaradır.
Nərgiz Camal