Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında “Troya atı” rolunu oynayır. Türkiyə Höküməti
2020-10-27 15:00
Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kənarlaşdırmaq lazımdır, çünki onun fəaliyyəti ilk növbədə təşkilat üçün təhdid yaradır. Türkiyə hökumətindən bildirilib ki, Ermənistanın fəaliyyəti Təşkilatın Nizamnaməsinə ziddir. Nizamnamənin 3-cü maddəsində qeyd olunur ki, bu təşkilatın məqsədləri sülhün, beynəlxalq və regional təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsidir. Ermənistanın bütün addımları isə regionda destabilizasiyaya yönəlib və dünya ictimaiyyəti bunu çox gözəl bilir. Türkiyə hökumətində istisna etməyiblər ki, Ermənistan Təşkilat daxilində “Troya atı” rolunu oynayır və bu cür vacib strukturda Qərbin maraqlarını icra edir.
Nərgiz Camal