Ermənistan kibermühitdə təxribat əməllərini davam etdirir
2020-10-17 15:08
Ermənistan tərəfi kibermühitdə uğursuz təxribat əməllərini davam etdirir. Düşmən Rusiya ölkə kodlu nömrələrdən Azərbaycan vətəndaşlarının mobil və stasionar telefonlarına zənglər edərək Türkiyə vətəndaşlarının adından saxta çağırışlar edir. Məqsəd təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər. Kiberinsidentlə üzləşdiklərində Xidmətə müraciət etsinlər.
Vüsalə Camal