Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib ki, Azərbaycanda dağ-mədən sənayesi lazımi səviyyədə inkişaf etməyib. Bunun obyektiv səbəblərindən biri sovet dövründə aşkar edilmiş bir sıra yataqların işğal altında olan ərazilərdə yerləşməsi olub. "İşğal dövründə Ermənistan Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunu məhv edib və talayıb.Və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur”, - Azərbaycan Prezidenti vurğulayıb.
22 sentyabr 2026

