Ermənistan genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin başlıca səbəbidir
Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin başlıca səbəbidir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün gecə saatlarında keçirilən brifinqdə bildirib ki, buna görə məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.