Ermənistan dərin sosial tənəzzüllə üz-üzədir
2020-11-03 15:09
Təcavüzkarlıq və işğalçılıq siyasəti Ermənistanı digər sahələrdə olduğu kimi, sosial sahədə də tənəzzüllə üz-üzə qoyub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, işğalçı ölkədə mənfi demoqrafik meyllər kəskin xarakter alıb, əhalinin xarici ölkələrə mühacirəti kütləviləşib. 1991-2019-cu illərdə Ermənistandan 1,2 milyon erməni, yəni əhalinin hər üç nəfərindən biri mühacirət edib. Düşmən ölkədə ildən-ilə doğum sayı kəskin azalır, ölüm sayı isə artaraq doğulanların sayını üstələyir. İşsizlik səviyyəsi 20, yoxsulluq səviyyəsi 30 faizdən yüksəkdir. Ermənistan sosial ödənişlərin ödənilməsində çətinliklə üzləşir.
Nərgiz Camal