Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

2020-11-01 10:00

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Ordumuzun bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub. Bu günə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyindən o da bildirilib ki, dünən gün ərzində və bugünə keçən gecə düşmən cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var. Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 1 PDM, 2 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 avtomobil texnikası məhv edilib. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik