2020-10-18 11:00
Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar. Müdafiə Nazirliyindən verilən məlumata ögrə, bu gün səhər saat 7-dən başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır. Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib. Oktyabrın 18-də gecə saat 1-ə 5 dəqiqə işləmişdən 4-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Nərgiz Camal