"Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq. Prezident İlham Əliyev
2020-10-03 11:04
"Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq". Bunu Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib. "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan hökuməti qlobal arenada dırnaqarası “əhəmiyyətinə” həddindən artıq böyük qiymət verib və bizə hücum etməklə böyük səhvlərə yol verib. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar".
Nərgiz Camal