2020-01-16 10:00
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin İCESCO Baş direktoru ilə görüşü zamanı çıxışına dair bəyanatı ilə bağlı şərhində deyib. Son onilliklər ərzində məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə maneçilik törədib. Bu fakt, hətta YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub - deyən idarə rəhbəri Azərbaycanın multikultural ölkə olduğunu və Qarabağdakı bütün müsəlman və xristian-alban abidələrinin Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusluğunu xatırladıb.
Vüsalə Camal