Ermənistan Azərbaycanın tarixi və mədəniyyət abidələrini “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır
2020-01-25 12:00
Son vaxtlar işğalçı Ermənistan və Dağlıq Qarabağdakı qeyri-qanuni rejim Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi və mədəniyyət abidələrini “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır. “Azərbaycan Respbublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın Bəyanatında qeyd edilir ki, Ermənistanın bu abidələri “bərpa” etmək planlarının arxasında duran çirkin məqsədlər təkcə bizi deyil, həm də beynəlxalq təşkilatları düşündürməlidir. Çünki bu tendensiyanın yayılması dünya mədəni-tarixi mirası üçün təhlükədir.
Fərid Mehdiyev