Ermənistan arasındakı yollarda komendant postları qurub
2020-09-28 15:00
Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilərlə Ermənistan arasındakı yollarda komendant postları qurub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının sözlərinə görə, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahlarını ataraq ordudan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır. Bəzi xəbərlərə görə, artıq həmin postlarda silah tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var.
Nərgiz Camal