Ermənistan 5 rayona 229 mərmi atıb
2020-10-19 10:00
18 oktyabr - humanitar atəşkəsin birinci günü, gecə saat 12-dən etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib. Prezidentin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində bildirib ki, Ermənistan ordusu tərəfindən 5 rayona 229 mərmi atılıb: 160-ı Tərtərə , 63-ü Ağdama, 6-ı Goranboya. 3 raket hücumu olub. 1-ı Xızı rayonuna, 2-i Ağcabədidəki Poladlı kəndinə. 1 dron hücumu da olub.
Nərgiz Camal