Ermənistan ərazisinə doğru atəş açılması barədə məlumat həqiqətə uyğun deyil

2021-05-26 10:00

Dünən Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə Ermənistan tərəfindən yayılan məlumatlar həqiqətə uyğun deyil. XİN-dən bildirilib ki, sözügedən ittihamlar Ermənistan tərəfindən yayılan növbəti yalan və sərhəd məntəqəsində vəziyyəti gərginləşdirmək üçün cəhddir. "Hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir və nəzarət altındadır. Qarşı tərəfi bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına çağırırıq" deyə nazirliyin məlumatında deyilir. "Ermənistan ilə dövlət sərhədində xidmət aparan Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan ərazisinə doğru atəş açılması barədə məlumat həqiqətə uyğun deyildir". Bu barədə isə Dövlət Sərhəd Xidmətinin nümayəndəsi polkovnik Murad Nağıyev bildirib.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik