"Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır" - Prezident İlham Əliyev
"Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır". Bunu Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə telefon danışığı zamanı deyib. Dövlətimizin başçısı yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunduğunu qeyd edib. Telefon danışığı zamanı həmçinin Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə edilib və əməkdaşlığın perspektivləri müzakirə edilib.