Ermənistanın uşaqları silahlı qruplara cəlb etməsi ilə bağlı Azərbaycan XİN-nin hesabatı BMT-nin sənədi kimi yayılıb
Ermənistan tərəfindən uşaqların silahlı qüvvələrə və silahlı qruplara cəlb edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin növbəti dəfə ifşa edilməsi məqsədilə hazırlanan hesabatda həmin uşaqlardan Azərbaycana və xalqımıza qarşı etnik və milli nifrətin yayılması vasitəsi kimi istifadə edildiyi əks olunub.
Fərid Mehdiyev