Ermənistanın təxribatlara əl atması yolverilməzdir. Ceyhun Bayramov
2021-06-01 10:00
Azərbaycan azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış və insan həyatı üçün birbaşa təhlükə törədən çoxsaylı minaların təmizlənməsi ilə məşğul olduğu bir vaxtda, Ermənistan tərəfinin təxribatlara əl atması yolverilməzdir. Bunu Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın təşəbbüsü əsasında reallaşan telefon danışığı zamanı bildirib. Tərəflər bölgədə cari vəziyyət, habelə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Fərid Mehdiyev