Ermənistanın təxribatı nəticəsində 180-ə yaxın sahibkarlıq subyektinə zərər dəyib
2020-10-16 17:04
Ermənistanın təxribatı nəticəsində 180-ə yaxın sahibkarlıq subyektinə zərər dəyib. İqtisadiyyat Nazirliyindən bildirilib ki, daha çox Ağdam, Gəncə, Füzuli, Tərtər, Beyləqan, Naftalan, Bərdə, Cəbrayılın Cocuq Mərcanlı kəndi və Ağcabədidə fəaliyyət göstərən sahibkarlar ziyan çəkiblər. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri mülki əhalinin məskunlaşdığı yaşayış obyektlərini atəşə tutduğundan hazırda bəzi fermerlər əkin sahəsində olan məhsulunu toplaya bilmirlər.
Vüsalə Camal