Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşib

2020-12-02 18:00

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli və Cəbrayıl rayonlarının işğal olunmamış ərazilərinə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi başa çatıb. Bu barədə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü İsmayıl Zeynalov deyib. "Cocuq Mərcanlı kəndində 41 fərdi ev, 3 sahibkarlıq obyekti, 1 məktəb, 2 inzibati binaya ziyan dəyib. Füzulinin işğal edilməyən hissəsində 12 ev tam olaraq dağıdılıb. Bundan başqa, məktəb, inzibati bina və sahibkarlıq subyektlərinə ziyan dəyib. Ümumilikdə, rayon ərazisində 374 ev və obyekt zərər görüb, 6 maşın istifadəyə yarasız vəziyyətə düşüb, 488 ev quşu tələf olub".

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik