Ermənistanın süni şəkildə humanitar vəziyyətdə pisləşmə təəssüratı yaratması qəbuledilməzdir - Ceyhun Bayramov
Xarici işlər naziri Ceyhun Bayramov və Rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər bölgədə və Laçın yolu ətrafında cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə yolun açıq olduğunu diqqətə çatdırıb. Eyni zamanda etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğu vurğulanıb. Ermənistan tərəfinin süni şəkildə guya humanitar vəziyyətdə pisləşmə təəssüratı yaratmasının qəbuledilməz olduğu qeyd edilib.