Ermənistanın mədəni abidələrimizi talan etməsi ilə bağlı istintaq qrupu yaradılıb
2020-11-17 14:05
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir sıra elmi işçilərinin işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən qanunsuz arxeloji qazıntıların aparılması, Azərbaycana məxsus maddi və mədəni irs abidələrinin talanması barədə müraciətinə Baş Prokurorluq tərəfindən baxılıb. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmaqla istintaq qrupu yaradılıb. Cinayət işi üzrə müstəntiqlər tərəfindən hadisə yerlərinə baxış da daxil olmaqla zəruri istintaq hərəkətləri keçirilir, habelə digər dövlət qurumları ilə birlikdə maddi, tarixi və arxeologiya baxımından dəymiş ziyanın müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Vüsalə Camal