"Ermənistanın Laçınla bağlı son hadisələri siyasiləşdirmək cəhdlərini rədd edirik" - ATƏT yanında Daimi Nümayəndəliyimiz
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT Daimi Şurasının iclasında bəyanatla çıxış edib. "Müharibə və işğalın dağıdıcı nəticələrinə və sağalmamış yaralarına baxmayaraq, Azərbaycan Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında sülh təklif edib. Biz Ermənistanın Laçınla bağlı son hadisələri siyasiləşdirmək cəhdlərini rədd edirik. Dəfələrlə bildirildiyi kimi, Azərbaycan Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoymayıb. İddia edilən dırnaqarası “humanitar fəlakət” Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə başlatdığı dezinformasiya kampaniyasının məhsuludur", - deyə bəyanatda qeyd olunub.