Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
2020-10-29 15:00
Bu gün saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. MN-dən verilən məlumata görə, Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub. Nazirlik Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndirir.
Nərgiz Camal