Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı Dövlət Komissiyasının məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ümumilikdə 4009 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.Onlardan 4003 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə Vətən müharibəsi zamanı itkin düşüb.İndiyədək 226 itkin-şəhidin şəxsiyyəti müəyyən edilərək onların qalıqları dəfn olunmaq üçün ailələrinə təhvil verilib.

