Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən şəxslərin sayı yenilənib.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı Dövlət Komissiyasının məlumatına istinadən bildirilir ki, ümumilikdə 4005 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İndiyədək 220 nəfərin şəxsiyyəti müəyyən edilərək itkin-şəhid kimi dəfn olunması üçün ailələrinə təhvil verilib.
01 may 2026

