Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın dinc əhalisinə qarşı terror əməlləri davam edir

2020-10-11 13:06

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın dinc əhalisinə qarşı terror əməlləri davam edir. Və Gəncəyə qarşı törədilən növbəti təxribat bunun bariz nümunəsidir. Ölkənin ikinci böyük şəhərinin, hərbi əməliyyatların getdiyi bölgədən aralıda yerləşən Gəncənin raket atəşinə tutulması nəticəsində mülki insanlar həlak oldu və yaralandı, şəhərdə yaşayış binalarına və infrastruktura ciddi ziyan dəydi. Düşmənin təxribatı gecə yarısı törətməklə dinc sakinləri təşvişə salmaq cəhdi isə uğursuzluqla nəticələndi. Cinsindən, yaşından asılı olmayaraq, Gəncə sakinləri vəziyyəti son dərəcə soyuqqanlılıqla qarşılayırlar, öz təmkinlərini qoruyurlar. Bunun səbəbi isə dövlətə, Orduya sonsuz inam, Vətənə dönməz məhəbbətdir. Heç nədən qorxmayan gəncəlilər düşmənə layiqli cavab verildiyindən və bundan sonra da veriləcəyindən əmindirlər.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik