"Ermənistanın hərbi doktrinasının aqressiv olduğu bir daha sübut olundu". Hikmət Hacıyev
2020-10-07 10:01
“Təmas xəttində vəziyyət gərginləşməmişdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın əsas enerji infrastrukturunu - Mingəçevir su anbarını raket hücumları ilə təhdid etdi”. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter”də yazıb. “Son raket hücumları Ermənistanın hərbi doktrinasının bu qədər aqressiv olduğunu bir daha sübut edib”, deyə o, vurğulayıb.
Vəfa Şairova