Ermənistanın hücumu nəticəsində 65 dinc sakinimiz həlak olub
2020-10-26 12:00
4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Baş Prokurorluqdan verilən məlumata görə, hazırki vaxtadək 65 nəfər mülki şəxs həlak olub, onlardan 18-i qadın, 10-u uşaq olub. 297 nəfər yaralanıb, onlardan 69 qadın, 32 uşaqdır.
Nərgiz Camal