Ermənistanın basdırdığı minalar məzar yerlərində axtarış və qazıntı aparılmasına maneə yaradır
Dövlət Komissiyası Ermənistanın mülki əhalinin ölümünə və yaralanmasına səbəb olan və itkin düşmüş vətəndaşlarımızın sonrakı taleyinin aydınlaşdırılmasına mane olan mina terrorunu qətiyyətlə pisləyir. Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında belə deyilir. Ermənistan tərəfindən ərazilərin minalanması, mina-tələlərin quraşdırılmasının keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitdiyi vurğulanır. Eləcə də itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axtarış, qazıntı və ekshumasiya işlərinin aparılmasına ciddi maneə yaratdığı qeyd edilib.
Fərid Mehdiyev