Ermənistanın atəşi nəticəsində 75 yaşlı qadın həlak olub
2020-10-07 14:06
İşğalçı ölkənin silahlı qüvvələri ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. Baş Prokurorluğundan verilən məlumata görə, Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 75 yaşlı Zərifə Əliyeva həlak olub, eyni zamanda evə külli miqdarda ziyan dəyib.
Nərgiz Camal