Ermənistanın Ağdama mərmi atması nəticəsində FHN əməkdaşı xəsarət alıb
2020-10-06 13:05
Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törədib, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib. Avtomobilin sürücüsü Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Yusibov partlayış dalğasının təsirindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Nazirlikdən verilən məlumata görə, hazırda vəziyyəti qənaətbəxşdir.
Nərgiz Camal