2021-04-13 18:00
Xocalı soyqırımını törədən, əli dinc azərbaycanlıların qanına batmış Sarkisyan qaz kəmərlərimizi vurmaq üçün “İsgəndər”dən istifadə etmədiyinə görə Paşinyanı tənqid edib. Bu, hərbi cinayətdir. Movsesyan “İsgəndər”ləri bizə qarşı istifadə etdiklərini etiraf edib. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etdiyini, Azərbaycan Müdafiə Nazirliyinin fotolarla birlikdə sübutların olduğu rəsmi məktubu göndərdiyini də bildirib. Dövlət başçısı "Bizdə yetərincə məlumat var, amma biz Ermənistandan rəsmi cavab gözləyirik”, - deyə sözlərinə əlavə edib.
Fərid Mehdiyev