Ermənistanı Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən Zod-Kəlbəcər yolu qapadılıb
2020-09-28 14:05
Ermənistanı Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən Zod-Kəlbəcər yolu qapadılıb. Bu məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb. Nazirlik bu addımın niyə atıldığını açıqlamayıb. Dünən Azərbaycan Murovdağdakı Murov zirvəsini ələ keçirdiyini və bununla Vardenis-Kəlbəcər yolunu nəzarət altına aldığını açıqlayıb. Zod-Kəlbəcər yolu Vardenis-Kəlbəcər yolunun bir hissəsini təşkil edir.
Nərgiz Camal