Ermənilərin Vətən Müharibəsi dövründə atdığı kasetli bomba Yevlaxda faciəyə səbəb olub
2021-02-02 12:12
Yevlax rayonunun Aran qəsəbəsində Vətən Müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması nəticəsində yerli sakini, 26 yaşlı İsmayıl Mikayılov həlak olub. O, qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Faktla bağlı Yevlax rayon Prokurorluğunda cinayət işi başlanıb.
Vüsalə camal