2020-10-02 11:03
"Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı verdiyiniz bəyanatda əks olunan obyektiv mövqeyə görə sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə göndərdiyi məktubda Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpağında ölkənin ərazi bütövlüyünü müdafiə etdiyinə diqqət çəkib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunacağını vurğulayıb.
Ermənistan tərəfi hərbi itkilərini açıqlayıb. Erməni KİV-ləri daha 54 hərbçinin öldüyü bildiriblər. İşğalçı Ermənistan bununla da sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda 158 hərbçinin öldüyünü etiraf edib.
Nərgiz Camal